Qısa məlumat


Biz kimik?

“Microphone” Səs Bankı Avrasiya dillərində səsləndirmə, dublyaj, tərcümə və fərqli media xidmətləri göstərən MDB-nin ən zəngin səsləndirmə agentliyidir. Biz 2013-cü ildən bu profildə peşəkar fəaliyyətə başlamışıq. Odlar yurdu Azərbaycanın coğrafi mövqeyi bizim işimizin əsas katalizatorudur. Biz, Qərbin tələbini Şərqin təklifi ilə uzlaşdıra bilirik. Biz, Şimalın sərinliyini Cənubun zənginliyi ilə isidirik.

65 dildə zəngin seçim

1400-dən artıq peşəkar səs aktyorunun yer aldığı səs bankımız bir çox beynəlxalq və yerli əhəmiyyətli layihənin tərəfdaşı olmağı öz üzərinə götürüb. Müxtəlif ölkələrdən diktorlar və aktyorlarla birbaşa əməkdaşlıq işimizin keyfiyyətini artırır. Zamanla yarışmaq üçün operativliyimizi təmin edən xüsusiyyətlərdən birisi diktorlarımızla paylaşdırılmış iş saatıdır. Daimi səsləndirmə etdiyimiz 65 dildə məhz anadilli aktyorlarla əməkdaşlıq edirik. Siz bu dillərlə və səs nümunələri ilə məhz saytımızın müvafiq hissəsində tanış ola bilərsiniz.

Sərfəli qiymət təklifi

Rəqabətə davamlı qiymət siyasətimiz müştərilərimizin bizi seçməsi üçün əsas səbəblərdən birisidir. “Microphone” Səs Bankında qiymətlər od tutub yanmır. Əksinə, bütün müştərilərimizə xüsusi endirim təklifləri edirik. Bizə müraciət etdiyiniz anda sizə ehtiyacınıza uyğun səslərimiz və layihələrinizə uyğun seçimlərimiz təqdim olunacaq.

Bizi kimlər seçir?

Yerli və xarici, onlarla şirkətlə birbaşa əməkdaşlıq çərçivəsində yüzlərlə brendin səsi olduğumuz üçün qürur duyuruq! Azərbaycan, Gürcüstan, Türkiyə, Rusiya, Ukrayna, Qazaxıstan, Qırğızıstan, İran, Misir, Tacikistanda fəaliyyət göstərən bir çox televiziya və radiodan bizim aktyorlarımızın səsi duyulur. Onlarla bədii və sənədli film, teleserial və idman oyunu aktyorlarımız və şərhçilərimizin səsi ilə yayımlanır.

Səsimiz olun!

“Microphone” Səs Bankı fərqli dillərdə ehtiyaca uyğun olaraq bazasını genişləndirməkdədir. Səsinizə, diksiyanıza, bacarığınıza güvənirsinizsə bərabər çalışmaq bizi sevindirəcək. Yetər ki, çəkinmədən müraciət edin. Bərabər inkişaf etdirəcəyiniz bacarığınızı deyin. Səs nümunənizi göndərin. Sizi MDB-nin ən zəngin səsləndirmə agentliyində görməkdən şad olarıq! Bununçün [email protected] ünvanımıza yazmağınız yetərlidir.

Please, choose a sound
  • 0:00
  • 0:00
  • 0:00
Zahid Xəlilov 36a, Bakı, Azərbaycan Respublikası (+99455) 4763916 [email protected] [email protected] Microphone
website by Jeyhun M.